Главная > Dünya > İŞİD 5 min üzvünün saxlanıldığı həbsxanaya hücum etdi, ölənlər var

İŞİD 5 min üzvünün saxlanıldığı həbsxanaya hücum etdi, ölənlər var


22-01-2022, 09:21. Разместил: admin
İŞİD terror təşkilatı Suriyanın Haseke şəhərində yerləşən Sənaye həbsxanasına hücum təşkil edib.

“Azadsəs.az” xarici KİV-ə istinadən xəbər verir ki, onlar burada PKK terror təşkilatının üzvləri ilə atışıb.

Silahlı qarşıdurma nəticəsində 18 PKK, 23 İŞİD üzvü ölüb.

Məlumata görə, həbsxanada onlarla cəsəd var. 87 məhkum qaçsa da, onlar sonradan saxlanılıb.

Qeyd edək ki, sözügedən həbsxanada 5 min İŞİD üzvü saxlanılır.
Вернуться назад