Главная > Dünya > Paşinyan iqtisadiyyat nazirinə istefa verməyi qadağan edib

Paşinyan iqtisadiyyat nazirinə istefa verməyi qadağan edib


19-01-2022, 21:17. Разместил: admin
“İqtisadiyyat naziri Vahan Kerobyana istefa verməyi qadağan etmişəm”.

“Azadsəs.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu parlamentdə hökumət saatında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Cənab Kerobyana istefa verməyi qadağan edən mən olmuşam və hər bir nazir və hökumət üzvünün nə qədər çalışıb-işləməyəcəyinə mən qərar verəcəm”, - Paşinyan bildirib.

Qeyd edək ki, iqtisadiyyat naziri Kerobyan 2021-ci ildə Ermənistanda ikirəqəmli iqtisadi artım olmasa, istefaya gedəcəyini bildirib. Daha sonra o, bunu zarafatla dediyini söyləyib.
Вернуться назад