Главная > Dünya > Qazaxıstanın yeni müdafiə naziri təyin olundu

Qazaxıstanın yeni müdafiə naziri təyin olundu


19-01-2022, 14:38. Разместил: admin
Qazaxıstanın yeni müdafiə naziri təyin edilib.

“Azadsəs.az” xəbər verir ki, Prezident Kasım-Jomart Tokayevin müvafiq sərəncamı ilə bu vəzifəyə Ruslan Jaksılıkov təyin olunub.

O, bu təyinata qədər daxili işlər nazirinin müavini - Milli Qvardiyanın Ali Baş Komandanı vəzifələrini icra edib.

Tokayevin digər sərəncamı ilə Murat Bektanov 2021-ci ilin avqustundan tutduğu müdafiə naziri vəzifəsindən azad edilib.
Вернуться назад