Главная > Dünya > Əbu-Dabidə partlayış - 3 ölü, 6 yaralı - Yenilənib

Əbu-Dabidə partlayış - 3 ölü, 6 yaralı - Yenilənib


17-01-2022, 17:38. Разместил: admin
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin beynəlxalq hava limanının ərazisində yanğın baş verib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı Əbu-Dabi polisi öz rəsmi tviter hesabında paylaşıb.

Bununla yanaşı, paytaxtın sənaye rayonlarının birində də yanğın baş verib. Burada yanğın yanacaq dolu 3 sisternin partlamasına gətirib çıxarıb.

İnsidentlər nəticəsində xəsarət alan olmayıb.

İlkin məlumata görə, hər iki insidentin səbəbi pilotsuz uçuş aparatlarının enməsi ola bilər. Polisin məlumatına görə, hər iki yanğın söndürülüb, insidentlərlə bağlı araşdırma başladılıb.

***

Əbu-Dabi Milli Neft Şirkətinin obyektində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, daha 6 nəfər isə yüngül və orta dərəcəli xəsarətlər alıb.

Həlak olanların 1-i Pakistan, 2-si isə Hindistan vətəndaşları olub.
Вернуться назад