Главная > Dünya > Poroşenko Ukraynada - Həbs oluna bilər - Yenilənib
Poroşenko Ukraynada - Həbs oluna bilər - Yenilənib17-01-2022, 13:30. Разместил: admin |
Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko Polşanın paytaxtı Varşava şəhərində Frederik Şopen adına hava limanına gəlib və bir saatdan sonra Kiyevə uçacaq. “Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı hadisə yerindən “TASS” agentliyinin müxbiri məlumat verib. Poroşenkonu aeroportda onlarla jurnalist gözləyib. Suallara cavab verən Poroşenko Kiyevdə həbs olunacağından ehtiyat etmədiyini vurğulayıb: “Həqiqət mənimlədir. Ukrayna xalqı tərəfimdədir. Mən həbsə hazırlaşmıram”. Qeyd edək ki, Poroşenko yanvarın 17-si Kiyevə uçacağını bəyan etmişdi. Bu gün Kiyev şəhərinin Peçerski Rayon Məhkəməsində keçmiş Prezidentin həbs olunması barədə vəsatətə baxılacaq. Məhz bu məhkəmə yanvarın 6-sı Poroşenkonun əmlakına həbs qoyub. O, dövlətə xəyanət də daxil olmaqla, bir neçə maddə üzrə ittiham olunur. Xatırladaq ki, Poroşenko 2014-cü ildən 2019-cu ilə qədər Ukraynanın Prezidenti olub. *** Poroşenkonun da göyərtəsində olduğu “Wizz Air” aviaşirkətinin təyyarəsi Kiyev hava limanında yerə enib. Ölkənin eks-Prezidentinin 1000-ə yaxın tərəfdarı onu qarşılamaq üçün hava limanının qarşısına toplaşıb. *** Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları Kiyev hava limanında Poroşenkonu saxlamağa çalışır. Millət vəkilləri isə onlara mane olmağa cəhd edirlər. *** Poroşenko bildirib ki, sərhədçilər onun pasportunu götürüb və onu Ukraynaya buraxmaq istəmirlər. *** Poroşenko hava limanında pasport yoxlama məntəqəsindən keçməyə nail olub. Вернуться назад |