Главная > Dünya / Manset > Uşaqların vaksinasiyasından imtina etməyin ölümcül nəticələri açıqlandı

Uşaqların vaksinasiyasından imtina etməyin ölümcül nəticələri açıqlandı


16-01-2022, 08:26. Разместил: admin
Uşaqların peyvənd edilməməsi gələcəkdə onkoloji xəstəliklər, sonsuzluq və hətta erkən ölümlə nəticələnə bilər.

Bu barədə rusiyalı pediatr, tibb elmləri namizədi İrina Dobretsova xəbərdarlıq edib.

Nümunə kimi mütəxəssis meningokok infeksiyasını göstərib. Müvafiq peyvənd edilmədikdə, yoluxduqda, yüksək temperatur və səpgi meydana gəlir, uşaq xəstəxanaya aparılmağa imkan tapmamış ölür.

Həkim beyin qişasının zədələnməsinə səbəb ola biləcək suçiçəyini də vurğulayıb.

“Uşağınızı hələ heç nə anlamamış onu qorumamaq sadəcə cinayətdir”, - deyə Dobrotseva sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, uşaqları yoluxucu xəstəliklərdən qorumağın ən təsirli və bəzən yeganə yolu peyvənddir. Vaksinasiya uşaqları və yeniyetmələri bir çox xəstəliklərdən, ciddi fəsadlardan və hətta ölümdən xilas edir. Peyvəndin bədənə daxil olması sayəsində uşaqda immunitet, yəni peyvəndin aparıldığı infeksiyaya qarşı etibarlı qorunma yaranır. Vaksindən sonra uşaqlar adətən yoluxmurlar və ya da xəstəliyi yüngül keçirirlər.
Вернуться назад