Главная > Dünya > Sülhməramlıların ilk qrupu Qazaxıstandan Rusiyaya qayıtdı - Video

Sülhməramlıların ilk qrupu Qazaxıstandan Rusiyaya qayıtdı - Video


13-01-2022, 22:30. Разместил: admin
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingentinin sülhməramlıları Qazaxıstandan Rusiyaya qayıtmağa başlayıb.

“Azadsəs.az” Rusiya mediasına istinadən xəbər verir ki, sülhməramlıların daşınması Rusiyanın İl-76 təyyarələrində həyata keçirilir. Sülhməramlılar daimi dislokasiya yerinə - İvanovo vilayətinə çatdırılacaq. Bu iş üçün 4 təyyarə cəlb olunub.

KTMT-nin qalan sülhməramlıları 10 gün ərzində ölkələrinə qayıdacaqlar.

Ümumilikdə Rusiya, Ermənistan, Belarus, Qırğızıstan və Tacikistandan olan iki mindən çox sülhməramlı Qazaxıstana göndərilib.


Вернуться назад