Главная > Dünya > Bolqarıstan prezidenti və baş nazir karantinə alındı

Bolqarıstan prezidenti və baş nazir karantinə alındı


12-01-2022, 11:13. Разместил: admin
Bolqarıstan Prezidenti Rumen Radev, Baş nazir Kiril Petkov və bir neçə nazir Təhlükəsizlik Şurasının iclasından sonra karantinə alınıblar.

“Azadsəs.az” “İnterfaks”a istinadən xəbər verir ki, buna səbəb iclasda iştirak edən parlamentin spikeri Nikolay Minçevdə də koronavirus aşkarlanmasıdır.

Səhiyyə naziri Angel Kunçevin sözlərinə görə, iclasın bütün iştirakçıları özlərini yaxşı hiss edirlər, lakin ehtiyat tədbiri olaraq təcrid ediliblər. Onların hamısının yeddi gün ərzində özünütəcrid rejimində qalması planlaşdırılır. Baş nazir məsafədən işləyəcək, onun yerinə isə baş nazirin müavini Kalina Konstantinova tədbirlərdə iştirak edəcək.

Qeyd edək ki, iclasda həmçinin daxili işlər naziri, müdafiə naziri, maliyyə naziri və əsas siyasi partiyaların digər üzvləri iştirak ediblər.
Вернуться назад