Главная > Dünya / Manset > Rəsmi Bakı Pakistana başsağlığı verdi

Rəsmi Bakı Pakistana başsağlığı verdi


9-01-2022, 19:38. Разместил: admin
Xarici İşlər Nazirliyi Pakistanda qar fırtınası zamanı çox sayda insanın ölümü ilə əlaqədar bu ölkəyə başsağlığı verib.

“Azadsəs.az” xəbər verir ki, başsağlığı mətni XİN-in Tvitter hesabında paylaşılıb.

“Murreedə baş verən qar fırtınası zamanı ekstremal hava şəraiti nəticəsində ən azı 23 nəfərin həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Qardaş Pakistan xalqına və hökumətinə başsağlığı veririk. Allah faciə qurbanlarının ruhunu şad etsin!”

Qeyd edək ki, dünən Pakistanın şimalında çovğun nəticəsində 1000-dən çox maşın avtomagistralda tıxacda qalıb. Nəticədə azı 23 nəfər ölüb.
Вернуться назад