Главная > Dünya > Türkiyə ordusu 12 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu 12 terrorçunu zərərsizləşdirdi


9-01-2022, 12:21. Разместил: admin
Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddə 12 terrorçunu zərərsizləşdirib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.


“PKK/YPG-nin hədəfləri vurulub, ilkin məlumatlara görə, 12 terrorçu zərərsizləşdirilib. Bölgədə terrorçulara qarşı əməliyyat davam edir”, - deyə məlumatda qeyd edilir.

Xatırladaq ki, dünən Şanlıurfda sərhəd xəttində terrorçular tərəfindən yerləşdirilən qumbaranın partlaması nəticəsində 3 türk hərbçi şəhid olub.
Вернуться назад