Главная > Dünya > Nazarbayevin istefası ilə bağlı - Açıqlama

Nazarbayevin istefası ilə bağlı - Açıqlama


9-01-2022, 09:34. Разместил: admin
“Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin özü Təhlükəsizlik Şurasının sədri vəzifəsinin hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib".

“Azadsəs.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Nazarbayevin mətbuat katibi Aydos Ukibay deyib.

“KİV-də və sosial şəbəkələrdə birinci prezidentlə bağlı çoxlu sayda şayiələr, təxribat xarakterli yazılar yayılır. İndiki şəraitdə biz bu cür fəaliyyəti siyasi sabitliyi pozmaq və dövlətin konstitusiya əsaslarını sarsıtmaq cəhdi kimi qiymətləndiririk”, - deyə Ukibay bildirib.

Mətbuat katibinin sözlərinə görə, Nazarbayev Nur-Sultandadır və Tokayevə dəstək olur:

“Vəziyyət çox çətin idi və buna görə də Elbası özü də iğtişaşlar və terrorun ölkə rəhbərliyindən operativ, sərt və barışmaz cavab tələb etdiyini yaxşı bildiyi üçün Təhlükəsizlik Şurasının sədri vəzifəsini prezidentə vermək qərarına gəldi. Nazarbayev və Tokayev öz xalqını, ölkəsini və millətin gələcəyini müdafiə edən barrikadaların həmişə eyni tərəfində olublar. Bizim hamımız üçün çətin olan bu günlərdə onlar bir daha monolit dövlət hakimiyyətini nümayiş etdirdilər”.
Вернуться назад