Главная > Dünya / Manset > KTMT Qazaxıstanda sülhməramlıların qalma müddətini açıqladı

KTMT Qazaxıstanda sülhməramlıların qalma müddətini açıqladı


7-01-2022, 11:33. Разместил: admin
“Qazaxıstanda sülhməramlı qüvvələrin qalma müddəti vəziyyətdən və respublika rəhbərliyinin qərarından asılı olacaq və əməliyyat başa çatdıqdan sonra qoşunlar çıxarılacaq".

“Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas məlumat verib.


"Biz gözləyirik ki, bu müddət qısa olacaq. Kollektiv Təhlükəsizlik Şurasının qərarında da belə deyilir: “qısa müddətə”. Bu qısa müddət - bir neçə gün və ya bir neçə həftə çəkəcəkmi – bu, Qazaxıstandakı vəziyyətdən və təbii ki, Qazaxıstan rəhbərliyinin mövqeyindən asılı olacaq”, - deyə Zas bildirib.

Onun sözlərinə görə, əgər respublika rəhbərliyi “vəziyyətin sabitləşdiyini və ona bütün dövlətlərimizin köməyi olmadan öz qüvvələri tərəfindən nəzarət edildiyini hesab edərsə, təbii ki, əməliyyat başa çatacaq və bütün qoşunlar çıxarılacaq”.


Вернуться назад