Главная > Dünya / Manset > Türkiyə və Rusiya “3+3” formatının növbəti görüşü barədə razılığa gəldilər

Türkiyə və Rusiya “3+3” formatının növbəti görüşü barədə razılığa gəldilər


6-01-2022, 19:38. Разместил: admin
Xəbər verdiyimiz kimi, bu gün Türkiyə və Rusiyanın XİN rəhbərləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı baş tutub.

“Azadsəs.az”ın “TASS”a istinadən məlumatına görə, nazirlər söhbət zamanı “3+3” formatının ötən ilin dekabr ayında Moskvada keçirilən ilk iclasını müsbət qiymətləndiriblər.

Məlumata görə, formatın növbəti iclasının yaxın vaxtlarda eyni tərkibdə hazırlanması razılaşdırılıb. Həmçinin Lavrov Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üzrə göstərilən səylərə öz dəstəyini bildirib.


Вернуться назад