Главная > Dünya > Daha bir ölkədə ilk dəfə “Omikron”dan ölüm halları qeydə alındı
Daha bir ölkədə ilk dəfə “Omikron”dan ölüm halları qeydə alındı5-01-2022, 11:32. Разместил: admin |
Koronavirusun “Omikron” ştammı ilə yoluxduqdan sonra dünyasını dəyişən Danimarka sakinlərinin sayı 18 nəfər olub. "Azadsəs.az"xəbər verir ki bu barədə yerli Dövlət Dərman Vasitələri İnstitutu məlumat yayıb. Sözügedən rəqəmin noyabrın 21-dən dekabrın 28-dək olan məlumatlara əsaslandığı bildirilib Qeyd olunub ki, həmin dövrdə yeni ştamla 55 700 yoluxma halı aşkar edilib. Eyni müddət ərzində COVID-in digər məlum variantları səbəbindən 100 ölüm qeydə alınıb. Bildirilib ki, Danimarkada ilk dəfə olaraq “Omikron” variantından ölüm halları təsdiqlənib. Вернуться назад |