Главная > Dünya > İsraildə helikopter qəzası - Polkovnik-leytenantla kapitan öldü

İsraildə helikopter qəzası - Polkovnik-leytenantla kapitan öldü


4-01-2022, 12:23. Разместил: admin
İsrailin şimalında yerləşən Hayfa şəhəri sahillərində “Eurocopter AS565 Panther” hərbi helikopteri qəzaya düşüb.

“Azadsəs.az”ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.


Helikopterin göyərtəsində 3 pilot olub, onlardan ikisi – polkovnik-leytenant və kapitan həlak olub. Digər pilot – kapitan isə ağır yaralanıb.

Bildirilir ki, helikopter yanvarın 3-də axşam saatlarında Hərbi Hava Qüvvələrinin Ramat- Daviddəki aviabazasından Hayfa sahillərində təlim uçuşu üçün havaya qalxıb. Naməlum səbəbdən dənizə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Вернуться назад