Главная > Dünya > “Tramp Süleymaninin qətlinə görə məhkəməyə verilməlidir”
“Tramp Süleymaninin qətlinə görə məhkəməyə verilməlidir”3-01-2022, 23:37. Разместил: admin |
İran Prezidenti İbrahim Rəisi “Qüds” Qüvvələrinin komandanı, general Qasım Süleymaninin öldürülməsində əli olanların məhkəmə qarşısına çıxarılmasını tələb edib. “Azadsəs.az” TASS-a istinadən xəbər verir ki, bu barədə o, Tehranda Suleymaninin öldürülməsinin ikinci ildönümünə həsr olunmuş mitinq zamanı bildirib. “ABŞ-ın eks-prezidenti Donald Tramp və Dövlət Departamentinin keçmiş rəhbəri Maykl Pompeo məhkəmə qarşısına çıxarılmalı və törədilmiş cinayətə görə cavab verməlidirlər”, - Rəisi deyib. “Əgər haqq-ədalət zəfər çalmasa, İran xalqı tərəfindən cəza gələcək”, - deyə o əlavə edib. Qeyd edək ki, general Suleymani 2020-ci il yanvarın 3-də Bağdad yaxınlığında ABŞ pilotsuz uçan aparatı vasitəsilə öldürülüb. ABŞ Müdafiə Nazirliyi bəyan edib ki, zərbə ovaxtkı prezident Donald Trampın göstərişinə əsasən endirilib. Вернуться назад |