Главная > Dünya / Manset > “Bu, Türkiyə üçün rekorddur” - Ərdoğan
“Bu, Türkiyə üçün rekorddur” - Ərdoğan3-01-2022, 15:20. Разместил: admin |
2021-ci ildə Türkiyənin ixrac həcmi $225,36 mlrd. təşkil edib ki, bu da respublika üçün rekord göstəricidir. “Azadsəs.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı bildirib. “Əvvəlki illə (2020-red.) müqayisədə ixrac həcmi 32,9 faiz artıb və 225,36 milyard dollar təşkil edib. Bu, rekorddur”, - ölkə başçısı deyib. Ərdoğanın sözlərinə görə, Türkiyənin xarici ticarətinin həcmi 87,6 milyard dollardan (2002-ci il) 496,7 milyard dollaradək (2021-ci il) artıb. Ölkənin xarici ticarət kəsiri ötən illə müqayisədə 7,8% - 45,9 mlrd.-dək azalıb, ixracın idxala nisbəti isə 83,1%-dək artıb. Вернуться назад |