Главная > Dünya > ABŞ koronavirusa görə Çinə sanksiya tətbiq etməyə hazırlaşır

ABŞ koronavirusa görə Çinə sanksiya tətbiq etməyə hazırlaşır


13-05-2020, 09:28. Разместил: azadses
ABŞ Senatına koronavirus infeksiyası səbəbindən Çinə qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutan “COVID-19-a görə məsuliyyət haqqında” qanun layihəsi təqdim edilib.
Gazeta.ru-nun məlumatına görə, bunu senator Lindsi Qrem bildirib.Onun sözlərinə görə, ABŞ Prezidentinə koronavirus pandemiyasına səbəb olan hadisələr barədə dəqiq məlumatlar çatdırılmazsa, D.Trampa Çinə qarşı sanksiya tətbiq etmək səlahiyyətinin verilməsi nəzərdə tutulur.
“Çin dünya ictimaiyyətinə Uhandakı laboratoriyaya araşdırma aparılması üçün daxil olmağa icazə verməyəcək. Əminəm ki, Çin buna məcbur edilməsə, heç vaxt əməkdaşlıq etməyəcək”, - deyə senator bildirib.
O qeyd edib ki, virusun necə peyda olması mütləq öyrənilməlidir, çünki bu, gələcəkdə oxşar halların və pandemiyaların qarşısını almağa imkan verəcək.

Вернуться назад