Главная > Dünya > Saakaşvili həbsxanaya qaytarıldı
Saakaşvili həbsxanaya qaytarıldı30-12-2021, 11:42. Разместил: admin |
![]() “Azadsəs.az” xəbər verir ki, bu barədə siyasətçinin sevgilisi Yelizaveta Yasko məlumat verib. “Onun hansı vəziyyətdə olduğunu heç kim bilmir. Saakaşvilini Rustavidəki həbsxanaya aparıblar. Əlavə məlumat yoxdur”, - deyə Yasko bildirib. Məlumata görə, hazırda Saakaşvilinin vəkili Nika Qvaramiya müdafiə etdiyi şəxslə görüşmək üçün icazə gözləyir. “İndi məni yalnız onun sağ olub-olmaması və hər hansı bir şəkildə xəsarət alıb-almaması maraqlandırır", - Saakaşvilinin vəkili bildirib. Qeyd edək ki, Yelizaveta Yasko bundan əvvəl Saakaşvilinin vəziyyətinin ağır olduğunu və onun Qoridəki xəstəxanadan çıxarıldığını bildirmişdi. Xatırladaq ki, Gürcüstanın keçmiş Prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. Həbsinə etiraz olaraq aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb. Вернуться назад |