Главная > Dünya > Hindistanda fabrikdə partlayış, ölənlər var

Hindistanda fabrikdə partlayış, ölənlər var


26-12-2021, 20:17. Разместил: admin
Hindistanın Bihar vilayətində bir fabrikin buxar qazanı partlayıb.

“Azadsəs.az” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə vilayətin Patna bölgəsində baş verib.

Nəticədə altı nəfər ölüb, altı nəfər isə yaralanıb.

Partlayışın təsirindən ətraf bina və evlərdə kiçik zədələr əmələ gəlib.

Hadisə yerinə axtarış-xilasetmə və təcili tibbi yardım xidmətləri cəlb olunub. Ölü sayının artacağı istisna edilmir.

Hadisənin səbəbi hələlik bilinmir. Faktla bağlı araşdırmalara başlanılıb.
Вернуться назад