Главная > Dünya / Manset > ÜST-dən 2022-ci illə bağlı açıqlama

ÜST-dən 2022-ci illə bağlı açıqlama


23-12-2021, 09:12. Разместил: admin
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, qarşıdan gələn 2022-ci il COVID-19 pandemiyasının bitməsi ili olmalıdır.

“Azadsəs.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə o deyib:

“Düşünürəm ki, artıq 2 ildən sonra biz bu virusu yaxşı tanıyırıq və virus əleyhinə daha yaxşı vasitələrimiz var. Beləliklə, ümid var. Ona görə də öz bəyanatımda dedim ki, 2022-ci ildə bu pandemiyaya son qoymalıyıq”.

Onun sözlərinə görə, hazırda əsas olan, peyvəndlər və digər sağlamlığın qorunması tədbirləri də daxil olmaqla, mövcud effektiv alətləri tətbiq etmək və peyvənd paylanmasındakı bərabərsizlikləri aradan qaldırmaqdır.
Вернуться назад