Главная > Dünya > Təbrizdə yaşayış binası uçdu, yaralılar var - Foto+Yenilənib

Təbrizdə yaşayış binası uçdu, yaralılar var - Foto+Yenilənib


22-12-2021, 08:14. Разместил: admin
İranın Təbriz şəhərində dördmərtəbəli binanın uçması nəticəsində 12 nəfər xəsarət alıb.

“Azadsəs.az” İran mətbuatına istinadən xəbər verir ki, hadisəyə qaz partlayışı səbəb olub.

Bildirilib ki, dağıntılar altında yaralıların çıxarılması və yardımların göstərilməsi prosesi davam edir.

***

Hadisə ilə bağlı ölkənin fövqəladə hallar idarəsinin direktoru Məhəmməd Baqir Hünərbər açıqlama verib.

O, yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildirib.

“Ətrafdakı binalara ciddi şəkildə ziyan dəyib. Uçma təhlükəsinə görə binaların sakinləri təxliyə olunub”, - deyə qurum rəsmisi qeyd edib.
Вернуться назад