Главная > Dünya > Ukraynada “Omikron” ştammı ilə ilk yoluxma halı təsdiqlənib

Ukraynada “Omikron” ştammı ilə ilk yoluxma halı təsdiqlənib


18-12-2021, 21:17. Разместил: admin
Ukraynada “Omikron” ştammı ilə ilk yoluxma halı təsdiqlənib. Bu barədə ölkənin səhiyyə naziri Viktor Lyaşko “Facebook” səhifəsində məlumat verib.

“Koronavirusun bu ştammına yoluxmuş şəxs Birləşmiş Ərəb Əmirliyindən qayıdıb. Xəstənin müalicəsi davam etdirilir. Hazırda hadisə ilə bağlı epidemioloji araşdırma aparılır və təmasda olan şəxslərin əlavə müayinəsi aparılır”, - o, yazıb.

Lyaşko ukraynalıları peyvənd etməyə və bu ştammın yayıldığı ölkələrə səyahət etməməyə çağırıb.
Вернуться назад