Главная > Dünya > “Şərq Tərəfdaşlığı” sammitinin birgə bəyannaməsi qəbul edilib - FOTO
“Şərq Tərəfdaşlığı” sammitinin birgə bəyannaməsi qəbul edilib - FOTO16-12-2021, 11:17. Разместил: admin |
Brüsseldə keçirilən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının VI sammiti öz işini başa çatdırıb. Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, eləcə də Aİ ölkələri dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən tədbirin yekununda birgə bəyannamə qəbul edilib. Sənəddə Avropa İttifaqı tərəfindən “Şərq Tərəfdaşlığı”nın bütün ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə dəstək ifadə olunub. Həmçinin “Şərq Tərəfdaşlığı” regionunda mehriban qonşuluq münasibətlərinin, etimad quruculuğu tədbirlərinin, regional əməkdaşlığın, nəqliyyat əlaqələrinin gücləndirilməsi də burada öz əksini tapıb. Eləcə də münaqişədən əziyyət çəkmiş əhaliyə yardımın vacibliyi qeyd olunub. Birgə bəyannamədə Azərbaycanla Avropa İttifaqı arasında yeni ikitərəfli müfəssəl sazişlə bağlı aparılan danışıqlarda əldə edilmiş tərəqqi alqışlanıb. Bununla yanaşı, sənəddə Avropa İttifaqı Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş qlobal layihəyə öz dəstəyini ifadə edib. Belə ki, bəyənnamədə Cənub Qaz Dəhlizi layihəsinin başa çatması alqışlanıb və vurğulanıb ki, Cənub Qaz Dəhlizi Avropaya qaz mənbələrinin və marşrutunun şaxələndirilməsinə böyük töhfə verib. Bəyannamədə koronavirusa qarşı vaksinasiya məsələlərinə də toxunularaq bütün ölkələrin peyvəndlərdən bərabər səviyyədə istifadə etməsinin vacibliyi qeyd olunub. Bununla da Aİ faktiki olaraq Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin “peyvənd millətçiliyi”nə qarşı mövqeyinə öz dəstəyini ifadə edib. Onu da bildirək ki, Azərbaycan bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmayıb. Bununla da, Azərbaycan digər ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi prinsipinin onun üçün vacib olmasını, insan hüquqları, humanitar məsələlərlə bağlı siyasiləşdirilmiş yanaşmanı, ikili standartları qəbul etməməsini və öz dostlarını heç vaxt darda qoymamasını bir daha sübut edib. İclasda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel rəsmi şəkildə bəyan edib ki, Azərbaycan Belarusdakı vəziyyətlə bağlı 11-ci bəndlə razılaşmadığını bildirib və fərqli rəyini təqdim edib Вернуться назад |