Главная > Dünya > Bu ölkədə koronavirusa görə spirtli içkilərin satışı qadağan edildi
Bu ölkədə koronavirusa görə spirtli içkilərin satışı qadağan edildi14-12-2021, 09:24. Разместил: admin |
Norveç hakimiyyəti ölkədə koronavirusun sürətlə yayılması fonunda çərşənbə günündən məhdudiyyətləri gücləndirib. “Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə restoran və kafelərdə spirtli içkilərin satışına qadağa tətbiq edilib, ictimai yerlərdə maska taxmaq tələbi geri qaytarılıb. Məsafə saxlamaq mümkün olmayan tədbirlərdə iştirak edənlərin sayına isə məhdudiyyət qoyulub. Qeyd olunur ki, yeni tədbirlər həkimlərin tövsiyəsi əsasında uşaqları, yeniyetmələri və həssas kateqoriyalı vətəndaşları qorumaq üçün hazırlanıb. Bundan başqa, məktəblər və uşaq bağçaları “sarı səviyyə” rejiminə keçirilib, ali məktəblər distant təhsilə başlayıb. İzolyasiya tələbi xəstənin hansı ştamla yoluxmasından asılı olmayaraq tətbiq ediləcək. Ölkədə, həmçinin, evə 10 nəfərdən artıq qonaq dəvət etməmək tövsiyə edilib. Вернуться назад |