Главная > Dünya > “Yaxın gələcəkdə koronavirusu tamamilə məğlub edə bilməyəcəyik”

“Yaxın gələcəkdə koronavirusu tamamilə məğlub edə bilməyəcəyik”


12-12-2021, 09:23. Разместил: admin
Almaniyanın səhiyyə naziri Karl Lauterbax yaxın illərdə koronavirus infeksiyasına qalib gəlməyin çətin olduğunu deyib.

“Azadsəs.az” xəbər verir ki, alman nazir bu barədə “Bild” nəşrinə danışıb.

“Biz yaxın gələcəkdə - dörd il ərzində koronavirusu tamamilə məğlub edə bilməyəcəyik. Realist olmalısınız. COVID-19-un yeni ştamları immun çatışmazlığı və xərçəng xəstəliyi olan insanlarda tez-tez aşkarlanacaq”, - Lauterbax bildirib.

O, “omicron”un koronavirusun digər ştamlarına nisbətən daha yoluxucu olduğunu və virusa yoluxmuş insanlara da təsir etdiyini vurğulayıb.

Lauterbaxın sözlərinə görə, təkrar peyvənd edilmədən insanların sağlamlığını qorumaq mümkün olmaya bilər.
Вернуться назад