Главная > Dünya > G7 ölkələrinin xarici işlər nazirləri görüşdü
G7 ölkələrinin xarici işlər nazirləri görüşdü11-12-2021, 23:11. Разместил: admin |
İngiltərənin Liverpul şəhərində G7 ölkələrinin xarici işlər nazirləri bir araya gəlib. “Azadsəs.az” xəbər verir ki, görüş 2 gün davam edəcək. Bildirilir ki, görüşün əsas gündəmi Ukrayna-Rusiya sərhədindəki gərginlik olacaq. İclasın açılış nitqində ev sahibi Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Rusiya, Çin və İrana qarşı birliyə çağırıb. Trass görüşdən əvvəl amerikalı həmkarı Antoni Blinkenlə görüşüb. Onlar Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ciddi nəticələr doğuracağı mesajını verib. ABŞ dövlət katibi Blinken yaponiyalı həmkarı Hayaşi Yoşimasa ilə də görüşüb. Xarici işlər nazirlərinin toplantısında Çində Olimpiya oyunlarına qarşı boykot məsələsi də gündəmdə olub. Qeyd edək ki, ABŞ, Avstraliya, İngiltərə və Kanada Pekin Qış Olimpiya Oyunlarını diplomatik yolla boykot edəcəklərini açıqlayıblar. Fransa isə boykota qarşı çıxıb. Вернуться назад |