Главная > Dünya / Manset > Uşaqlarda “Omikron” ştammının qeyri-adi simptomu açıqlanıb

Uşaqlarda “Omikron” ştammının qeyri-adi simptomu açıqlanıb


9-12-2021, 11:40. Разместил: admin
Britaniyalı həkim Devid Lloyd “Omikron” ştammına yoluxmuş uşaqlarda baş verə biləcək qeyri-adi simptomdan danışıb. Onun sözlərinə görə, böyüklərdə və uşaqlarda xəstəliyin əlamətləri arasında fərq var.

““Omikron”a yoluxmuş uşaqların 15 faizinə qədərində qeyri-adi bir səpgi müşahidə olunub”, - deyə o bildirib.

Həkim bu əlamətlərin az qism yetkin insanlarda da göründüyünü vurğulayıb.

“Tibb mütəxəssiləri virusun bu ştammı haqqında tədricən də olsa, daha çox məlumat öyrənməyə başlayıblar. Ümid edək ki, bu variant “Delta” qədər ölümcül deyil və biz bununla başa çıxa bilərik. Ancaq bəli, qorxulu dövr yaşayırıq”, - deyə ekspert vurğulayıb.

Yeri gəlmişkən xatırladaq ki, rusiyalı alimlər “Omikron”un canlı peyvənd ola biləcəyi ehtimalını irəli sürüblər. Onların fikrincə, bu variant daha az patogen, eyni zamanda daha yoluxucudur, bu isə yaxşıdır. Belə ki, yeni ştamla yoluxmuş insanlar xəstəlik törədən variantlara qarşı davamlı olacaqlar. Bundan əlavə, mütəxəssislər yeni variantın ortaya çıxmasından sonra bir daha qapanma olmayacağı ehtimalını irəli sürüblər.
Вернуться назад