Главная > Dünya / Manset > Azərbaycan Afrika ölkələrinə peyvənd bağışladı

Azərbaycan Afrika ölkələrinə peyvənd bağışladı


6-12-2021, 23:13. Разместил: admin
Türk Dövlətləri Təşkilatı Burkina Faso və Toqoya COVID-19 peyvəndi bağışlayıb.

“Azadsəs.az” xəbər verir ki, Türkiyə, Azərbaycan və Özbəkistanın ayırdığı 400 min doza “Sinovac” və Macarıstanın bağışladığı 211 min 200 doza “Sinopharm” iki ölkəyə göndərilib.

Türk Dövlətləri Təşkilatının bağışladığı 611 min 200 doza yeni növ koronavirus peyvəndi Burkina Faso və Toqoya çatdırılıb.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının 8-ci Zirvə Toplantısında COVID-19-la mübarizədə beynəlxalq həmrəyliyə verilən əhəmiyyət vurğulanaraq Afrika ölkələrinə peyvənd yardımı ediləcəyi bildirilmişdi.


Вернуться назад