Главная > Dünya > Türkiyə Ermənistanla sərhəddə əməliyyat keçirir

Türkiyə Ermənistanla sərhəddə əməliyyat keçirir


3-12-2021, 12:30. Разместил: admin
Türkiyənin Daxili İşlər Nazirliyi “Eren Kış-10” adlı antiterror əməliyyatına başlayıb.

“Azadsəs.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyat Ağrı, Erzurum və Qarsda keçirilir.

Əməliyyatın məqsədi PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və bölgədə sığınacaq yeri hesab edilən terrorçuları zərərsizləşdirməkdir.

Təlimdə ümumilikdə 790 personal iştirak edir.
Вернуться назад