Главная > Dünya / Manset > “Qorxmağa ehtiyac yoxdur” - “BioNTech”in rəhbərindən “Omicron” açıqlaması
“Qorxmağa ehtiyac yoxdur” - “BioNTech”in rəhbərindən “Omicron” açıqlaması1-12-2021, 10:32. Разместил: admin |
“Omicron” ştamı daha çox infeksiyaya səbəb ola bilər, lakin peyvənd olunmuş insanlar ciddi xəstəliklərdən qorunacaq”. “Azadsəs.az” xəbər verir ki, bunu “BioNTech”in rəhbəri Uğur Şahin deyib. U.Şahin bildirib ki, “Omicron” ştamı üzərində araşdırmalar davam edir: "Mesajımız budur ki, qorxmağa ehtiyac yoxdur, üçüncü dozanın vurulması prosesini sürətləndirmək lazımdır". “BioNTech”in rəhbəri "Yeni bir peyvənd lazım olacaqmı?" sualına da cavab verib. Bildirib ki, yeni ştama görə bir peyvəndin bazara çıxarılması üçün təxminən 100 gün vaxt lazımdır: “Yeni peyvəndlərə ehtiyac olmaya bilər. Mövcud peyvəndin yeni ştama qarşı qorunma təmin edib-etmədiyinin aydınlaşdırılması zaman alacaq”. Вернуться назад |