Главная > Dünya > Qazaxıstan səfirliyi Azərbaycana başsağlığı verdi

Qazaxıstan səfirliyi Azərbaycana başsağlığı verdi


30-11-2021, 18:16. Разместил: admin
Qazaxıstanın Bakıdakı səfirliyi Xızı rayonunda hərbi helikopterin qəzaya uğraması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

“Azadsəs.az” xəbər verir ki, səfirliyin feysbuk hesabında edilən paylaşımda qeyd olunub:

“Qazaxıstan səfirliyi Xızı rayonunda Azərbaycan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların faciəvi şəkildə həlak olması ilə əlaqədar Azərbaycan hökumətinə və xalqına başsağlığı verir. Xəsarət alanlara tezliklə şəfa tapmasını arzu edirik”.
Вернуться назад