Главная > Dünya > Rusiyada mədəndəki qəzada daha 20 nəfərin cəsədi tapıldı
Rusiyada mədəndəki qəzada daha 20 nəfərin cəsədi tapıldı30-11-2021, 14:14. Разместил: admin |
Rusiyada “Listvyajnaya” mədənində baş verən partlayışdan sonra burada daha 20 nəfərin cəsədi aşkar olunub. “Azadsəs.az” xəbər verir ki, bu barədə məlumat Kemerovo vilayətinin qubernatoru Sergey Çivilevin teleqram kanalında verilib. Hazırda mədəndə qazla bağlı vəziyyət cəsədlərin səthə qaldırılmasına imkan vermir. Qeyd edək ki, mədəndə tüstülənmə noyabrın 25-i baş verib. Ən son məlumata görə, qəza nəticəsində 51 nəfər həlak olub, 96 nəfər xəsarət alıb. *** Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hazırda mədəndə 40 nəfərin cəsədi var. Вернуться назад |