Главная > Dünya > Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb
Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb26-11-2021, 14:17. Разместил: admin |
Qırğızıstanda hakimiyyəti zorla ələ keçirmək cəhdinin qarşısı alınıb. Bu barədə respublikanın Milli Təhlükəsizlik Komitəsinin Mətbuat Mərkəzi məlumat yayıb. Qeyd edilir ki, Milli Təhlükəsizlik Dövlət Komitəsi və Daxili İşlər Nazirliyi tərəfindən “Qarşıdan gələn parlament seçkilərinin təhlükəsizliyinin təmin edilməsi” istiqamətində həyata keçirilən işlər zamanı bir qrup şəxsin “sabitliyi pozmaq üçün seçkilərdən dərhal sonra ölkədəki ictimai-siyasi vəziyyəti gərginləşdirmək, ardınca hakimiyyətin zorakılıqla ələ keçirilməsi ilə bağlı təxribatlar təşkil etməyi planlaşdırması” barədə məlumat əldə edilib. Artıq faktla bağlı Cinayət Məcəlləsinin “Hakimiyyəti zorakılıqla ələ keçirməyə hazırlıq” maddəsi ilə ibtidai istintaqa başlanılıb. “Müəyyən destruktiv siyasi qüvvələrin, o cümlədən Joqorku Keneşin (Ali Şura) deputatları və keçmiş yüksək vəzifəli şəxslərin rəhbərlik etdiyi bir qrup şəxsin cinayətkar fəaliyyətinin təkzibolunmaz sübutları əldə edilib”, - mesajda deyilir. Adları və soyadları hələ açıqlanmayan şübhəlilər parlament seçkilərinin nəticələrinin açıqlanmasından sonra “müəyyən siyasi qüvvələrin, o cümlədən seçkilərdə uduzanların dəstəyinə arxalanaraq” Bişkek ərazisində kütləvi etiraz aksiyaları təşkil etməyi planlaşdırıblar. Onlar həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşma törətmək niyyətində olublar. Вернуться назад |