Главная > Dünya / Manset > Azərbaycanlı şagird ABŞ-da Tələbə Kabinetinə üzv təyin edilib - FOTO
Azərbaycanlı şagird ABŞ-da Tələbə Kabinetinə üzv təyin edilib - FOTO23-11-2021, 23:13. Разместил: admin |
ABŞ-ın Meyn ştatında yaşayan gənc soydaşımız, 10-cu sinif şagirdi Cəmilə Əhmədova Meyn Təhsil Departamentinin Tələbə Kabinetinə üzv təyin edilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, o, belə bir yüksək postda xidmət edəcək ilk Azərbaycan və türk mənşəli qızdır. Cəmilə Əhmədova Kamberlend dairəsinin tələbələrini təmsil edəcək. Tələbə Kabineti – təhsil üzrə səlahiyyətli şəxslərlə mütəmadi görüşlər keçirərək, təhsil siyasətini müzakirə edən bir qrup tələbədən ibarətdir. Kabinetin məqsədi Meyn ştatı tələbələrinin səsini ştatın və ölkənin müvafiq srtukturlarına çatdırmaqdır. Gənc soydaşımız uzun illərdir ailəsi ilə birgə ABŞ-da yaşayır. Onun atası Tərlan Əhmədov Meyn ştatında Azərbaycan icmasının fəal üzvlərindən biri və Meyn Azərbaycan Cəmiyyətinin rəhbəridir. Diasporla İş üzrə Dövlət Komitəsi gənc fəalımızı bu təyinat münasibətilə təbrik edir, ona təhsil sahəsində və gələcək karyerasında davamlı uğurlar qazanmağı arzulayır. Вернуться назад |