Главная > Dünya / İqtisadiyyat > Rusiya idxalda kəsirlə üzləşə bilər
Rusiya idxalda kəsirlə üzləşə bilər23-11-2021, 11:53. Разместил: admin |
Belarus və Avropa İttifaqı (Aİ) sərhədində miqrasiya böhranı ilə əlaqədar Rusiyaya idxal olunan malların tədarükündə fasilələr yarana bilər. Bu barədə Rusiya baş nazirinin müavini Andrey Belousova Xarici İnvestisiya üzrə Məsləhət Şurasına xəbərdarlıq edib. Qeyd edilir ki, iri pərakəndə satış şirkətləri artıq gecikmələrlə üzləşiblər, tədarükçülər idxal mallarının mümkün qiymət artımı barədə xəbərdarlıq edirlər. Rusiya idxalının təxminən 10%-i Belarus sərhədindən keçir, tədarükün böyük əksəriyyəti avtomobillərlədir. Ərzaq və qeyri-ərzaq məhsulları, o cümlədən ilkin tələbat malları Belarus vasitəsilə Rusiyaya daşınır. Hazırda Belarus və Polşa sərhədindəki Bobrovniki keçid məntəqəsində 25 km-ə qədər uzanan yük maşınlarının tıxacları yaranıb. Yük maşınları sərhəddə 80 saat dayanır, bir günlük dayanma isə hər bir avtomobil üçün azı 500 avroya başa gəlir. Sürücülər alternativ yollar axtarırlar. Həmçinin, Litva və Latviya ilə sərhədlərdə də tıxaclar yaranıb. Вернуться назад |