Главная > Dünya / İdman > Güləşçimiz Fransada erməniyə qalib gəldi - Video

Güləşçimiz Fransada erməniyə qalib gəldi - Video


23-11-2021, 10:45. Разместил: admin
Fransada klublararası güləş çempionatına start verilib.

"Azadsəs.az" xəbər verir ki, ilk turda İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" komandası "Mets"lə üz-üzə gəlib.

Yunan-Roma güləşçimiz bu qarşılaşma çərçivəsində 2 görüş keçirib. Abbasov fransalı Salamon Entoni üzərində böyükhesablı qələbə qazanıb - 8:0. İslam erməni Edqar Xaçaryanı da məğlub edib - 6:3. Həmyerlimizin komandası yekunda 7:3 hesablı qələbəylə ilk turu başa vurub.

Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək.


Вернуться назад