Главная > Dünya / Manset > Paşinyanı öldürməyə çağıran müəllimə cinayət işi açıldı
Paşinyanı öldürməyə çağıran müəllimə cinayət işi açıldı21-11-2021, 23:13. Разместил: admin |
Ermənistanda məktəb müəllimi Baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı zorakılığa çağırışda ittiham olunub. “Azadsəs.az” virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə datalex.am məhkəmə informasiya sisteminə istinadən yazır. İşin materiallarına görə, təqsirləndirilən şəxs İrəvan məktəbinin tarix müəllimi Akop Qriqoryandır: “2021-ci il mayın 21-də 7-ci sinif şagirdləri üçün tarix dərsi keçərkən, xidməti vəzifəsindən istifadə edərək, şagirdlərin iştirakı ilə o (Qriqoryan) Baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı ictimai çağırışlar səsləndirərək deyib ki, Nikol Paşinyanı öldürmək, ailəsini isə yandırmaq lazımdır”. Tarix müəlliminə qarşı cinayət işi başlanılıb. Вернуться назад |