Главная > Dünya > Əfqanıstandan Türkiyəyə uçuşlar bərpa edilir

Əfqanıstandan Türkiyəyə uçuşlar bərpa edilir


21-11-2021, 21:23. Разместил: admin
Əfqanıstanın milli aviadaşıyıcısı “Ariana Afghan Airlines” Kabildən Ankaraya uçuşları bərpa edib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Əfqanıstan Milli Olimpiya Komitəsinin rəhbəri Nazar Məhəmməd Motmain Tvitter hesabında paylaşım edib.

“Ariana Afghan Airlines” Ankaraya uçuşlara başladı. Yaxşı irəliləyişdir”, - o bildirib.

Ankaranın Esenboğa Beynəlxalq Hava Limanının onlayn tablosuna əsasən, Kabil layneri yerli vaxtla saat 17.30-da Türkiyə paytaxtına enib.

Xatırladaq ki, son üç ayda Əfqanıstan paytaxtından bir sıra beynəlxalq reyslər ölkədəki hakimiyyət dəyişikliyi səbəbindən dayandırılıb.
Вернуться назад