Главная > Dünya / Manset > ABŞ səfirliyi vətəndaşlarını Zəngəzurda bu ərazilərə getməməyə çağırdı

ABŞ səfirliyi vətəndaşlarını Zəngəzurda bu ərazilərə getməməyə çağırdı


21-11-2021, 15:17. Разместил: admin
ABŞ-ın Ermənistandakı səfirliyi Azərbaycan sərhəd-keçid məntəqələrində nəzarətin gücləndirilməsi ilə əlaqədar öz vətəndaşlarına müraciət edərək Qarahunc-David-Bek və Kapan-Çakaten hissələrinə getməməyə çağırıb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə xəbərdarlıq noyabrın 18-də səfirliyin saytında dərc olunub.

“M2 və M17 avtomobil yollarında Azərbaycan gömrük postlarında nəzarətin gücləndirilməsi ilə bağlı məlumatlar var. Səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin Qarahunc və David-Bek kəndlərindəki M17 magistral yolu və Qafan-Çakaten yolu ilə hərəkəti zərurət olmadıqca qadağandır”, - deyə səfirliyin məlumatında qeyd edilir.

Səfirlik həmçinin, ABŞ vətəndaşlarına Ermənistan-Azərbaycan sərhəd zonasında təmas xəttinə yaxın ərazilərə getməməyi də tövsiyə edib.
Вернуться назад