Главная > Dünya / Manset > Putinlə Bayden nələri müzakirə edəcək? - Kremldən açıqlama
Putinlə Bayden nələri müzakirə edəcək? - Kremldən açıqlama19-11-2021, 10:39. Разместил: admin |
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Baydenin görüşündə müzakirə olunacaq mövzular açıqlanıb. “Azadsəs.az”nun xəbərinə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Peskov bildirib ki, xüsusilə danışıqlar zamanı Ukrayna mövzusuna toxunulması planlaşdırılır.“Təbii ki, Ukrayna ətrafında NATO silahlı qüvvələrinin bizim üçün sərhədlərimiz yaxınlığında təxribat xarakterli hərəkətləri olacaq. Bu da bizi biganə qoymayacaq və narahatlığa səbəb olacaq. Ən əsası isə adekvat tədbirlərin görülməsini zəruri edəcək. Lakin bu tədbirləri görməklə, biz öz ərazimizdə hərəkət edirik”, - deyə Kremlin sözçüsü bildirib. Peskov əlavə edib ki, prezidentlər arasında təmaslar bu ilin sonuna qədər mümkündür: “Bu, prezidentlərin iş qrafikindən və onların hansı formatı seçməsindən asılı olacaq”. O həmçinin qeyd edib ki, Moskva görüşə videoformatda üstünlük verir. Bu məsələ ilə bağlı yekun qərarı da dövlət başçıları verəcək. Вернуться назад |