Главная > Dünya / Manset > Paşinyanı parlamentdə vətənə xəyanətdə ittiham etdilər, ara qarışdı - Video
Paşinyanı parlamentdə vətənə xəyanətdə ittiham etdilər, ara qarışdı - Video18-11-2021, 12:21. Разместил: admin |
Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı qalmaqal yaşanıb. “Azadsəs.az” erməni KİV-nə istinadən xəbər verir ki, “Şərəfim var” blokunun üzvü Hayk Mamicanyan Paşinyanı vətənə xəyanətdə ittiham edib. Mamicanyan parlamentdə hökumət rəsmiləri ilə sual-cavab iclasında üzünü Paşinyana tutaraq deyib:"Ədliyyə nazirinizin penitensiar müəssisələrin təmiri təşəbbüsü ilə çıxış etməsi yaxşı haldır, çünki siz gələcəkdə orada olacaqsınız”. “Sənə pis xəbərim var. Mən Ermənistanda dörd penitensiar müəssisədə olmağı bacarmışam və orada özümü heç pis hiss etməmişəm” – deyə Paşinyan cavab olaraq bildirib. Bu zaman onun rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyasından seçilən deputatlar Paşinyanı müdafiə etməyə çalışıblar. Lakin bu, əvvəlcə deputatların mübahisəsinə, ardınca isə bir-birilərini təhqir etməsiylə nəticələnib. Bunun davamında müxalifət deputatları opponentlərini sona qədər dinləmədən iclası tərk ediblər. Вернуться назад |