Главная > Dünya / Manset > Baydendən İran nefti ilə bağlı açıqlama
Baydendən İran nefti ilə bağlı açıqlama13-11-2021, 19:17. Разместил: admin |
ABŞ Prezidenti Co Bayden İran neftinə qarşı tətbiq edilən sanksiyaların qüvvədə qaldığını təsdiq edib. “Azadsəs.com” xəbər verir ki, bu barədə məlumat Co Baydenin imzaladığı memorandumda qeyd olunub. Co Bayden qeyd edib ki, İrandan başqa digər ölkələrdə də kifayət qədər neft və neft məhsulları ehtiyatı var. Onun sözlərinə görə, sözügedən ehtiyatlar xarici maliyyə qurumları tərəfindən və ya onlar vasitəsilə İrandan alınan neft və neft məhsullarının həcminin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verəcək qədərdir. Вернуться назад |