Главная > Dünya > Dağıstanda atışma oldu, məscidin imamı öldürüldü

Dağıstanda atışma oldu, məscidin imamı öldürüldü


12-11-2021, 19:23. Разместил: admin
Dağıstanın Akuşinski rayonunun Ameterkmaxi kəndində silahlı insident baş verib.

“Azadsəs.com” “RİA Novosti”yə istinadən xəbər verir ki, təqaüdçü şəxs torpaq mübahisəsi zəminində silahla 3 nəfərə atəş açıb. Nəticədə məscidin imamı hadisə yerində ölüb, 2 nəfər isə yaralı halda xəstəxanaya yerləşdirilib.

Məlumata görə, yaralılardan birinin bıçaq zərbəsi nəticəsində silahlı şəxsin özü də öldürülüb. Faktla bağlı cinayət işi açılıb.
Вернуться назад