Главная > Dünya / Manset > Tbilisidə Saakaşvili ilə bağlı məhkəmə iclası keçirilir
Tbilisidə Saakaşvili ilə bağlı məhkəmə iclası keçirilir10-11-2021, 18:09. Разместил: admin |
Bu gün Tbilisi şəhər məhkəməsində 2007-ci il noyabrın 7-si baş vermiş hadisələrlə bağlı məhkəmə iclası keçirilir. “Azadsəs.com” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkənin keçmiş Prezidenti Mixail Saakaşvili və o dövrün yüksək vəzifəli məmurları sözügedən hadisələrdə təqsirləndirilən şəxs hesab olunurlar. Saakaşvilinin tərəfdarları məhkəmənin mərkəzi girişinin önündə toplaşıb. Hazırda hadisə yerinə çox sayda polis əməkdaşları cəlb olunub. Məlumata əsasən, Saakaşvilinin özü məhkəmə prosesində iştirak etmir. Ölkənin Xüsusi Penitensiar Xidməti təhlükəsizlik tədbirləri baxımından gürcü siyasətçinin müalicə aldığı 18 saylı penitensiar müəssisədə qalmasına qərar verib. Bununla belə, Mixail Saakaşvilinin, keçmiş Baş nazir Vano Merabişvilinin, keçmiş müdafiə naziri David Kezeraşvili və digərlərinin vəkilləri iclasda iştirak edirlər. Saakaşvili və digər yüksək vəzifəli məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılırlar və onları 5 ildən 8 ilə qədər həbs gözləyə bilər. İstintaqın məlumatına görə, sabiq Prezident Mixail Saakaşvili tərəfindən verilən göstərişlər əsasında, hüquq-mühafizə orqanları Rustaveli prospektində mitinq iştirakçılarını dağıdıb və onlara qarşı qanunsuz silahdan istifadə edib. Вернуться назад |