Главная > Dünya / Manset > Türkiyədə bina uçdu, dağıntılar altında qalanlar var - Canlı+Yenilənir

Türkiyədə bina uçdu, dağıntılar altında qalanlar var - Canlı+Yenilənir


9-11-2021, 21:40. Разместил: admin
Türkiyənin Malatya şəhərinin İnönü rayonunda ikimərtəbəli bina uçub.

“Azadsəs.com” Türkiyə mediasına istinadən xəbər verir ki, dağıntılar altında xeyli sayda insan qalıb. Hadisə yerinə xilasedicilər, təcili yardım maşınları göndərilib.

Hazırda 2 nəfərin dağıntılar altından yaralı halda çıxarıldığı bildirilir.

Məlumata görə, binanın birinci mərtəbəsində restoran fəaliyyət göstərib. Uçqunun səbəbi hələlik bilinmir.

***

Dağıntılar altından 8 nəfər çıxarılıb. Onlar xəstəxanaya yerləşdirilib.

***

Uçqun altından yaralı halda çıxarılanların sayı 9 olub. Dağıntılar altında ümumilikdə 20 nəfərin qaldığı ehtimal olunur.








Вернуться назад