Главная > Dünya / Manset > Dünyada ilk dəfə 5-11 yaş arası uşaqlar üçün COVID-19 peyvəndi məcburi oldu
Dünyada ilk dəfə 5-11 yaş arası uşaqlar üçün COVID-19 peyvəndi məcburi oldu7-11-2021, 11:42. Разместил: admin |
Kosta Rika dünyada 5-11 yaş arası uşaqlar üçün COVID-19 peyvəndini məcburi edən ilk ölkə olub. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin saytında məlumat verilib. Qeyd edilir ki, müvafiq qərar uşaqların və yeniyetmələrin yüksək maraqları prinsipinə uyğun olaraq tətbiq edilib. Aydınlaşdırılır ki, 2021-ci ilin mart ayından ölkədə COVID-19-a qarşı peyvəndlər əhali üçün rəsmi əsas peyvənd sxeminin bir hissəsinə çevrilib. Bu siyahıya həmçinin suçiçəyi, poliomielit və insan papilloma virusuna (HPV) qarşı peyvəndlər daxildir. Eyni zamanda vurğulanır ki, noyabrın 2-nə olan məlumata görə, 12-19 yaş arası əhalinin 73%-i artıq koronavirus peyvəndinin azı bir dozasını qəbul edib. Вернуться назад |