Главная > Dünya > İtaliya Aİ-nin təsdiqləmədiyi vaksinlərə də COVID sertifikatı verəcək
İtaliya Aİ-nin təsdiqləmədiyi vaksinlərə də COVID sertifikatı verəcək6-11-2021, 08:32. Разместил: admin |
İtaliya hakimiyyəti Avropa İttifaqı tərəfindən təsdiqlənməmiş peyvəndlərlə vaksindən keçmiş vətəndaşlara da COVID sertifikatı vermək qərarına gəlib. Bu barədə İtaliya Səhiyyə Nazirliyinin rəhbəri Roberto Speranza elan edib. Onun sözlərinə görə, bunu etmək üçün mRNA preparatları (“Pfizer” və ya “Moderna”) ilə üçüncü - buster doza vurdurulmalıdır. “Buster doza, vaksinasiyadan ən geci yarım il sonra həyata keçirilməlidir”, - deyə Speranza vurğulayıb. Вернуться назад |