Главная > Dünya > Aleksey Reznikov Ukraynanın müdafiə naziri oldu

Aleksey Reznikov Ukraynanın müdafiə naziri oldu


4-11-2021, 16:05. Разместил: admin
Ukraynanın Ali Radası bu gün keçirdiyi plenar iclasda Aleksey Reznikovu ölkənin müdafiə naziri təyin edib.

“Azadsəs” “Ukrinform”a istinadən xəbər verir ki, millət vəkillərinin 273-ü sözügedən qərarın lehinə səs verib.

Xatırladaq ki, Ukraynanın Baş nazirinin müavini Aleksey Reznikov dünən istefaya göndərilib. Müdafiə naziri Andrey Taran isə noyabrın 2-si istefa verib.
Вернуться назад