Главная > Dünya / Manset > Niderlanddan bu məhsulların idxalına qadağa qoyuldu
Niderlanddan bu məhsulların idxalına qadağa qoyuldu3-11-2021, 23:00. Разместил: admin |
Niderland Krallığının Flevoland əyalətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. AQTA-dan “Azadsəs"ə verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Niderland Krallığının Flevoland əyalətindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, o cümlədən, diri quşların tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Niderland Krallığından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub. Вернуться назад |